Danone, Evian və Alpro məhsullarının Rusiyaya tədarükünü dayandırdığını açıqladı
Şirkət həmçinin Rusiya Federasiyasında reklam və brendin təşviqi də daxil olmaqla bütün yeni investisiyaları dondurur.Fransanın "Danone" şirkəti Rusiyadakı fəaliyyətini əsas süd məhsullarının istehsalına yönəltmək, Evian və Alpro kimi törəmə şirkətlərin Rusiya Federasiyasına ixracını dayandırmaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü dərc olunmuş 2022-ci ilin birinci rübü üzrə hesabatında deyilir.
"Danone, əsas süd məhsullarına, körpə və tibbi qidalanmaya diqqət yetirərək, Evian və Alpro məhsullarının idxalını dayandıraraq, Rusiyadakı əməliyyatlarını əhəmiyyətli dərəcədə uyğunlaşdırmaq qərarına gəlib", - hesabatda deyilir. Bu, həmçinin Rusiyada reklam və brendin təşviqi də daxil olmaqla, bütün yeni investisiyaların dondurulmasını nəzərdə tutur.
"Danone Rusiyadan nağd pul, dividend və ya mənfəət götürmür və ölkədə əldə etdiyi hər hansı gəliri humanitar yardım üzrə ixtisaslaşmış təşkilatlara bağışlayacaq", - şirkətin açıqlamasında deyilir.
Bundan əlavə, öz hesabatında "Danone" 2022-ci ilin birinci rübündə gəlirin 10,2% artaraq 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 milyard avroya çatdığını bildirir. Şirkət bu artımın səbəbləri arasında “valyuta məzənnəsinin müsbət təsirini”, xüsusilə ingilis funt sterlinqi, ABŞ dolları və bir sıra Asiya ölkələrinin valyutalarının avroya nisbətdə dəyişməsini qeyd edir. Bundan əlavə, satışlarda kumulyativ artım 7,1%, o cümlədən Avropada 5,7%, Şimali Amerikada 5,5%, Çin, Şimali Asiya və Okeaniyada 15,3%, digər regionlarda isə 7% təşkil edib.
"2022-ci ildə şirkət hələ də satışların 3-5% artımını və 12%-dən yuxarı əməliyyat marjası gözləyir", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)
.jpg)







.jpg)



