Əliyev: Azərbaycan və Misir qarşılıqlı ticarətin həcmini artırmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı Azərbaycanla Misir arasında siyasi və mədəni sahələrdə sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılması ilə bağlı Misirin dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlığımızı qeyd etdi və ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi davamlı dəstəyə görə də Misirə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində görüşündə Azərbaycanın mədəni irsi və ərazi bütövlüyünün bərpası ilə bağlı qətnamələrin qəbul olunmasında təşkilatın güclü dəstəyini xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın da öz növbəsində Misiri beynəlxalq arenada dəstəklədiyini bildirdi.
İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər.
Prezident İlham Əliyev dedi ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində Misir şirkətlərinin iştirakından məmnun olar və bu, əməkdaşlığımızın yaxşı nümunəsi ola bilər. Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğuladı.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulandı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)














