Mobil operator ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada istifadəyə verib
(®) “Nar” Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005 ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Mərkəzdə müştəri xidməti və satış vahid məkanda təqdim edilir.
Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir. Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da həyata keçirilir.
“Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkət müştəriyönümlü strategiyasının bir hissəsi kimi, həm Bakı, həm də bölgələrdəki bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib: “Paytaxt və regionlar üzrə 40 “Nar” mağazasını tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına vermişik. Müştərilərimizə ölkə ərazisində harada olmasından asılı olmayaraq, istənilən “Nar” mağazasında eyni mənzərə, eyni proses və sorğuların eyni şəkildə cavablandırılması təcrübəsi bəxş edirik. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş satış və xidmət mərkəzlərimizdə müştərilərimizə ən qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstəririk”.
Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Daha 27 “Nar” mağazanın təmir olunması planlaşdırılır. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.
Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir

























