"Zavodlar südü maya dayərindən aşağı qiymətə alırlar, fermerlər müflis ola bilərlər"
"Zavodlar istehsalda quru süddən istifadə edirlər, təmiz süd əlimizdə qalır"Azərbaycanda süd istehsalı ilə məşğul olan fermerlər məhsullarını satmaqda çətinlik çəkirlər.
Bu barədə açıqlamasında "Azərbaycan Südçülər Assosiasiyası" İctimai Birliyinin sədri Samir Eyyubov məlumat verib.
Onun sözlərinə görə, satış problemi həll olunmasa, süd istehsalçıları müflis ola bilərlər.
"Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana bu ölkələrdən, eləcə də Belarusdan süd məhsularının gətirilməsində ciddi problemlər var. Bu isə yerli südə və süd məhsullarına tələbatı artırmalı idi. Amma bazarda elə bir dəyişiklik yoxdur və fermerlərin məhsulları əllərində qalıb. Deməli, hardansa bazara ucuz məhsullar daxil olur. Şübhəsiz ki, həmin məhsulların keyfiyyəti aşağıdır, bununla belə, yerli istehsalçıların məhsullarını sıxışdırırlar", - deyə o, qeyd edib.
S.Eyyubovun sözlərinə görə, hal-hazırda azərbaycanlı fermerlər məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif edirlər, amma müəssisələr yenə də onları almır. Baxmayaraq ki, son vaxtlar südün maya dəyəri də yerində saymayıb: "Azərbaycan heyvan yemini əsasən idxal edir. Son vaxtlar xaricdə yem bahalaşıb və son nəticədə məhsulların maya dəyəri 40% artıb. Amma fermerlər satış qiymətini artırmayıblar və əvvəlki qiymətlə zavodlara təklif edirlər. Bununla belə, alış yenə də yoxdur. Halbuki, məhsullar əvvəlki vaxtla müqayisədə heç olmasa 25-30% baha satılmalıdır ki, fermerlərə müflis olmasınlar".
Bərdə rayonunda olan istehsalçı İbrahim Səfərov deyir ki, onların məhsul satmaq üçün faktiki olaraq seçim imkanı yoxdur: "Əvvəl məhsulumuzu bir neçə şirkətə satırdıq. İndi cəmi bir şirkət bizdən süd alır. Onlar da qiyməti maya dayərindən aşağı qoyublar, 3,5% yağlılığı olan südün 1 litrini 61 qəpikdən alırlar. Halbuki, əvvəllər 80-85 qəpiyə satırdıq. Seçim olmadığı üşün məcbur olub dedikləri qiymətlə razılaşırıq. Onlar isə bizdən aldıqları qiymətdən təxminən 60% baha olmaqla bazarda məhsul satırlar".
Samux rayonunda süd ferması olan Qiyas Həsənov da təxminən eyni sözləri deyir: "Çox çətinliklə süd satırıq. Əvvəl 5 şirkətlə əməkdaşlıq edirdik. İndi 1 şirkətlə zülmlə işləyirik. Həmin şirkət də ürəyi istədiyi qiyməti qoyur. Məcbur olub məhsulumuzu həmin şirkətə satırıq. Bizdə təmiz sağılan çiy süd olur. Quru süd deyil. Heç quru südün mənşəyi də məlum deyil. Şirkətlər quru süd alır. İstehsala da onu qatır. Amma təmiz süd əlimizdə qalır, alan olmur. Əvvəl 70-90 qəpiyə südü satırdıq. İndi 61 qəpiyə südüsatırıq. Halbuki, 1 kiloqram yemin qiyməti 35 qəpikdən 65 qəpiyə qalxıb”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
7 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
8 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq


















.jpg)




