"Məlumatsız müştərilər restoranlarda bu ödənişdən imtina edə bilərlər" - VİDEO
Paytaxtdakı restoranların bəzilərində müştərilərdən əlavə servis (xidmət) haqları tələb edilir. Üstəlik bu əvvəlcədən qonaqlara deyilmir və sonda hesabı ödəyən müştərini əlavə sürpirizlə qarşı-qarşıya qoyur. Vay o günə ki, müştərinin üzərində artıq pulu olmasın. Mübahisə və digər xoşagəlməz hallar qaçılmaz olur. Bəs ümumiyyətlə son vaxtlar artan bu tendensiya qanunidirmi? Mütəxxəssislərin fikirlərini öyrənmişik.
Bu hadisə paytaxt sakini Nicat Manafovun başına gəlib. Paytaxtın Nizami küçəsindəki restoranların birində hesabdan əlavə 10 % servis haqqı tələb olunub. O deyir ki, servishaqqı barədə nə menyuda məlumat olub nə də restoran işçiləri əvvəlcədən ona bildirməyiblər. Buna etiraz edən müsahibimiz servis haqqını ödəməkdən imtina edib və sonda sadəcə yedikləri qidanın pulunu ödəyərək restoranı tərk edib. O bildirir ki, son vaxtlar mərkəzdə yerləşən restoranların əksəri bu üsulla xidmət edirlər. Bəzi hallarda servis haqları 20% də olur.
"Xəzər Xəbər"in apardığı sorğusu zamanı restoran işçiləri də bunu danmadılar. Dediklərinə inansaq, xidmət haqqı adı ilə yığılan pullar işçilərə çatır.
Marketinq və reklam üzrə mütəxəssis Sabit Məmmədov is deyir ki, bu dünyadan götürülən bir təcrübə olsa da heç bir qanuni əsası yoxdur. Üstəlik bəzi restoran sahibləri həmin məbləği işçilərə deyil, əlavə restorandaxili xərclərə yönəldirlər. Sabit Məmmədov bildirir ki, ilk növbədə həmin xidmət haqqı olmamalıdır, olan təqdirdə isə mütləq müştərilər məlumatlandırılmalıdır.
Mütəxəssisin fikirlərinə görə, əvvəlcədən məlumat almayan müştərilərin həmin ödənişdən imtinaetmək hüququna malikdir.
Bütün hallarda müştərilər diqqətli olmalı, bu cür iaşə obyektlərinə gedərkən əvvəlcədən xidməthaqqı barədə məlumat almalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























