Azercell Eksklüziv tezliklə Şuşada!
Lider mobil operator Azərbaycanın mədəniyyət paytaxtında ofisinin açılışına hazırlaşır(®) Azərbaycanın qüruru sayılan Şuşada həyat yenidən qurulur. Hər sahə üzrə aparılan bərpa işləri şəhərin canlanmasına səbəb olur. Şanlı ordumuzun ardınca Şuşaya daxil olan və burada ilk mobil şəbəkəni quran “Azercell Telekom” MMC mədəniyyət paytaxtında öz ilk Eksklüziv ofisini açmağa hazırlaşır.
Ölkənin lider mobil operatoru Şuşaya səfər edən və orada çalışan abunəçilərə operativ şəkildə xidmət göstərilməsi üçün şəhərin Aslan Qaraşərov küçəsi, 2 ünvanında ofisin açılışı ilə bağlı hazırlıq işlərini artıq tamamlamaq üzrədir. Eksklüziv tipli mağazaların özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, rahat xidmət göstərilməsi və seçim imkanlarının olmasındadır.
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verməyə çalışır və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
Xatırladaq ki, məhz Azercell işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyalarını qurub. Bundan əlavə, Qarabağda müştərilərinə canlı xidmət göstərən ilk mobil operator da məhz Azercell olub. Hələ ötən ilin sentyabrında Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə səfər edərək orada 200-ə yaxın abunəçiyə xidmət göstərib. Azercell komandası Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən böyük meydanda 50-dən çox müxtəlif müştəri əməliyyatını həyata keçirib.
Azercell Qarabağda yeni nəsil şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalini yüksək keyfiyyətli kommunikasiya xidmətləri və innovativ həllərlə təmin edilməsi üçün genişmiqyaslı işlərini davam etdirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 3 saat sonra
-
30 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 44 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14% pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)












.jpg)


