Pfizer Rusiyaya investisiyalarını dayandıracaq
Eyni zamanda, əczaçılıq şirkəti ölkəyə dərman tədarükünü davam etdirəcək.Amerikanın əczaçılıq şirkəti Pfizer Rusiyaya planlaşdırdığı investisiyaları dayandıracaq, lakin ölkəyə dərman tədarükünü davam etdirəcək.
Marja xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi dərc olunmuş press-relizində deyilir.
"Dərmanlarımızın Rusiyaya tədarükünü könüllü olaraq dayandırmaq bizim prinsipimizi pozmuş olar. Xərçəng və ya ürək-damar xəstəlikləri də daxil olmaqla, dərmanların tədarükünün dayandırılması, xəstələrin əhəmiyyətli dərəcədə əziyyət çəkməsinə və potensial həyat itkisinə səbəb olar, xüsusən də xətə uşaqlar və qocalar arasında" , - press-relizdə deyilir.
Eyni zamanda şirkət bildirib ki, tədarükün saxlanması onun Rusiyada həmişəki kimi fəaliyyətini davam etdirəcəyi anlamına gəlmir.
“Pfizer Rusiyada heç bir istehsal sahəsinə sahib olmasa və ya idarə etməsə də, biz ölkədə istehsal gücünü artırmaq üçün yerli təchizatçılarla planlaşdırılan bütün investisiyaları dayandıracağıq”, - deyə məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























