Azərbaycanın bank sektorunun xarici borcu ötən il 14% azalıb
2022-ci ilin yanvarın 1-nə Azərbaycan bank sektorunun müddətli xarici borcu 383,4 mln. ABŞ dolları təşkil edib.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Sözügedən göstərici ötən il ərzində 14,3% və ya 63,8 mln. dollar azalıb.
Qeyd edək ki, 2021-ci ilin sonuna bankların cəmi öhdəliklərinin yalnız 1,9%-ni xarici borc təşkil edib.
Azərbaycanın bank sektorunun likvid aktivlərinin həcmi ötən il 32% artıb
2021-ci ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun likvid aktivlərinin cəmi aktivlərindəki payı 33,1% təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatında bildirilib.
Sözügedən aktivlərin həcmi 13,9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 32,4% çoxdur.
Sektorun ani likvidlik əmsalı 61,6% (ötən ilin eyni vaxtında 60,9%) təşkil etməklə minimum tələbi (30%) iki dəfə üstələyib. Bankların likvid aktivlərinin 51,1%-i (4,2 mlrd. ABŞ dolları) xarici valyutada olub.
Qeyd edək ki, likvid aktivlərin 32%-i (4,4 mlrd. manat) nostro hesablarda, 21%-i (3 mlrd. manat) dövlət qiymətli kağızlarında, 34%-i (4,7 mlrd. manat) Mərkəzi Bankda olan müxbir hesablarda, və 13%-i (1,8 mlrd. manat) nağd vəsaitlərdə olub.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
50 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























