Neft embarqosunun Rusiyaya təsiri necə olacaq?
ABŞ və Böyük Britaniyanın embarqo qərarı Rusiyanın xam neft və neft məhsulları ixracının təxminən 3 faizinə təsir edəcək. Bu səbəbdən embarqo qərarının neft qiymətlərinə təsirinin məhdud olacağı gözlənilir.ABŞ və Böyük Britaniyanın Ukraynadakı müharibə ilə əlaqədar Rusiya neftinə embarqo qoyması bu ölkələrin neft idxalında Rusiyanın payını gündəmə gətirib.
Marja xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (UEA) məlumatlarına görə, Rusiyanın xam neft və neft məhsulları ixracı gündəlik 10,5 milyon barel səviyyəsindədir. Bu həcmin 7,8 milyon barrelini xam neft təşkil edir. Rusiya ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük neft istehsalçısıdır.
Keçən il xam neft və neft məhsulları ixracından təxminən 180 milyard dollar gəlir əldə edən Rusiya ümumi xam neft və neft məhsulları ixracının 1,5 faizini Böyük Britaniyaya, 1,3 faizini isə ABŞ-a edib.
Belə ki, ABŞ və Böyük Britaniyanın açıqladığı embarqo qərarı Rusiyanın xam neft və neft məhsulları ixracının 2,8 faizini əhatə edəcək.
Bu səbəbdən embarqo qərarının neft qiymətlərinə təsirinin məhdud olacağı gözlənilir. Avropanın neft embarqosu tətbiq edəcəyi təqdirdə neft qiymətlərinin artacağı gözlənilir. Belə ki, Rusiya ixrac etdiyi xam neft və neft məhsullarının 40 faizini Avropaya göndərir.
Brent markalı neftin barel qiyməti, Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevraldan martın 8-nə kimi 37,6 faiz artaraq 96,6 dollardan 133 dollara yüksəlib.
ABŞ-ın neft məhsulları idxalının 9 faizi Rusiyadan gəlir
ABŞ-a xam neft və neft məhsullarının ümumi idxalında Rusiyanın payı 9 faiz, Böyük Britaniyanın idxalında isə 19 faizdir.
TankerTrackers.com-un məlumatlarına görə, ABŞ-ın Rusiyadan sifariş etdiyi sonuncu neft yüklərinin dəyəri 600 milyon dollar təşkil edib.
ABŞ Ukraynaya hücumun başladığı 24 fevraldan bəri Rusiyadan neft idxalını sıfıra endirib.
ABŞ uzun fasilədən sonra Rusiya neftinə embarqo ehtimalını gündəmə gətirdiyi üçün artıq sanksiya tətbiq etdiyi Venesuela ilə rəsmi təmaslara başlayıb.
Digər tərəfdən, Rusiya neftinə qoyulan qadağanın ABŞ-da bir qallon üçün 4 dollardan yuxarı qalxan benzinin qiymətini daha da artıra biləcəyinə dair tənqidlər var.
Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın ilk növbədə Rusiya neftini müxtəlif ölkələrdən tədarük edə və ortamüddətli perspektivdə onun hasilatı ilə əvəz edə biləcəyi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
-
- 15 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək












.jpg)











