PAŞA Holding-in dəstəyi ilə qadın sahibkarlığının təşviqinə yönəlmiş layihə həyata keçirilib – FOTO/VİDEO
PAŞA Holding-in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar” dayanıqlı inkişaf festivalı həyata keçirilib.
2022-ci il Beynəlxaq Qadınlar Günü dayanıqlı inkişafa çatmaq üçün qadınların innovativ təşəbbüslərinin onların iqtisadi inkişafında davamlılığın təminatındakı, həmçinin, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayır. Bu xüsusda, 2 gün keçirilən multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarını artırmaqla yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
PAŞA Holding-in Baş Korporativ Kommunikasiya mütəxəssisi Aytac Muxtarzadə qadın sahibkarlığı mövzusunun həm ölkə, həm də qlobal səviyyədə aktual və PAŞA Holding-in KSM strategiyasının önəm verdiyi sahələr sırasında olduğunu bildirib.
“Hazırkı tədbiri dəstəkləməkdə şirkətimizin məqsədi, qadın sahibkarlara öz məhsullarını təqdim etmək üçün imkan yaratmaq, onları mövzu üzrə müvafiq bilik və bacarıqlarla təmin etmək, eləcə də bu xanımları sahibkarlıq fəaliyyəti ilə maşğul olmayan xanımlara nümayiş etdirməklə, sonuncuları sahibkarlıq fəaliyyətinə başlamağa motivasiya etməkdir” - deyə A.Muxtarzadə vurğulayıb.
Belə ki, Bakı və regionlardan ümumilikdə 65 sahibkarın və 300-ə yaxın şəxsin iştirakçılığı ilə baş tutan festivalda qadın sahibkarların məhsullarının satışı ilə yanaşı, paralel olaraq, “Bu günün gender bərabərliyi dayanıqlı sabahımızın təminatı” mövzusunda ADA Universitetinin dekanı Anar Vəliyev, Avropa Şurasının Bakı ofisinin Layihə Rəhbəri Pərvanə Bayramova, MC Kinsey & Co Qlobal İdarəetmə Konsaltinq şirkətinin Müştəri Əlaqələrinin Rəhbəri Natavan Məmmədova və Kommunikasiya və Davamlı İnkişaf Meneceri, Holcim Azərbaycan & ‘’Yuva’’ QHT-sinin həmsədri Rəna Tahirovanın iştirakı ilə panel müzakirə ilə yanaşı Dance Ability Azerbaijan platformasının təsisçisi Nigar Sultanova tərəfindən “Bədənsəl təcəssüm praktikası” istiqamətində vörkşop həyata keçirilmişdir.
Daha sonra isə iştirakçılar və sahibkarların maraqlı tərəflərlə şəbəkələşmə görüşü baş tutmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 35 d. əvvəl
-
50 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 59 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















