Mühafizəçilərin davasına görə iş adamı da həbs olundu
Dünən Binəqədi rayonunda yerləşən “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında qarşıdurmadan sonra bir neçə şəxs polis tərəfindən saxlanıldı.
Onlardan biri də mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov olub.
A.Xanməmmədovun vəkili Ceyhun Yusifov açıqlamasında bildirib ki, baş verən hadisənin müdafiə etdiyi şəxsə birbaşa aidyyatı yoxdur: “Həmin obyekt Azadxan müəllimin mülkiyyətindədir, qarşı tərəf isə sahiblik hüququmuzu həyata keçirməyə maneəlik törədir. Buna görə də qanunverciliyə uyğun olaraq “Riyad” Mühafizə Xidməti ilə müqavilə imzalamışıq. Bundan sonra “Riyad” Mühafizə Ximdəti ilə icra haqqını ödəməsə də, həmin yerdə fəaliyyət göstərən Faiq adlı şəxsin arasındakı mübahisədə iştirak etməmişik. Ümumiyyətlə, orada baş verənlərin şahidi olmamışıq, görməmişik. Mübahisə baş verən zaman əməkdaşlardan biri Azadxan müəllimə telefonla məlumat verəndə o, Nizami rayonu ərazisində olub. Hadisənin necə baş verməsi haqda bizdə heç bir məlumat yoxdur. “Riyad” Mühafizə Xidməti fəaliyyətini özü tənzimləyir. Bizim işimiz müqavilə imzalamaqdır. Müqavilə də obyektin mühafizəsinin təmin edilməsi məqsədi ilə bağlanılıb. Mühafizə Xidmətinin əməkdaşları kənar şəxslərin obyektə qanunsuz daxil olmasının qarşısını alıblar. Bu da qanunvericiliyə tam uyğundur”.
C.Yusifov qeyd edib ki, A.Xanməmmədov barəsində Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başladılıb: “Azadxan müəllim cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq davam etdirilir. Hazırda polisin nəzarətindədir, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimat veriləcək.
İstintaq tərəflər arasındakı münaqişəni aydınlaşdırmaq əvəzinə, məsələni elə bir formaya gətiriblər ki, guya Azadxan müəllimin göstərişi ilə olub. Bu, tamamilə absurddur.
Həmin obyektlə bağlı qarşı tərəfin əlində rəsmi sənəd varsa, onu təqdim etsinlər. İnamdan həmin sahəni icrayə götürmək məqsədi ilə münasibət qurulubsa, bu gün həmin münasibətdən irəli gələn halı qanunvercilik tənzimləməlidir. Həmin obyektin Azadxan Xanməmmədovun xüsusi mülkiyyəti olması barədə 19.05.2011-ci il tarixli çıxarış var”.
Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Saytımıza müraciət edən mağaza əməkdaşları mMühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia ediblər. Mağazadan verilən xəbərdə bildirilirdi ki, il yarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
Hadisədən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıldığını və 13 nəfər saxlanıldığını açıqlayıb.
Mənbə:“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Azərbaycan gələn il neft-qaz sektorunda azalmanın dayanacağını proqnozlaşdırır
-
1 saat əvvəl
İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
2 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
Ən çox oxunanlar
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb







.jpg)





.jpg)




