Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zelenskinin ofisi danışıqların bu axşam keçiriləcəyini təsdiqlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zelenskinin ofisi danışıqların bu axşam keçiriləcəyini təsdiqlədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukrayna Prezidentinin ofisi Rusiya-Ukrayna danışıqlarının bu axşam keçiriləcəyini təsdiqləyib.

Bu barədə ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

O, Ukrayna nümayən heyətinin tərkibində dəyişiklik olmadığını əlavə edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə rəsmi Kiyevin danışıqlara hazır olduğunu lakin Rusiya tərəfinin irəli sürəcəyi ultimatumları qəbul etməyəcəyini deyib.

“Rusların tələbləri dəyişmək qalır. Bu Putinin müharibədən öncə müraciəti zamanı səsləndirdiyi tələblərdir. Biz danışıqlara hazırıq, diplomatiyaya hazırıq, amma heç bir halda Rusiya ultimatumlarını qəbul etməyəcəyik”.

"RİA Novosti"nin mənbəsi bildirmişdi ki, "Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq, lakin  vaxtı hələ dəqiq müəyyən edilməyib, martın 2-si axşam ola bilər".

Xatırladaq ki, Ruiyanın Xarici işlər naziri Lavrov Əl-Cəzirə telekanalına müsahibəsində "Moskva Kiyevlə danışıqların ikinci raunduna hazırdır, lakin Ukrayna tərəfi ABŞ-ın göstərişi ilə zamanla oynayır", demişdi. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Facebook-da abunəçilərlə söhbəti zamanı bildirmişdi ki, "Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin heç bir ultimatumu qəbul etməyəcək" .

02.03.2022 15:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18