Cubics BMS sisteminə keçid almaq üçün 8 səbəb
(®) Bugünkü gündə biznesi idarəetmə sistemi olmadan nəzarət altında saxlamaq çox çətindir, ERP sistemini isə seçmək müşkül prosesdir. Yerli proqram təminatını seçmək, yoxsa xarici təcrübədən yararlanmaq? Bulud həllinin imkanlarından yararlanmaq, yoxsa server üçün şərait yaratmaq?
Bu gün biz yerli Cubics Technology şirkətinin Cubics BMS – Biznes İdarəetmə Sistemini hansı səbəblərə görə əldə edə biləcəyiniz barəsində danışacayıq.
Rahat interfeys

Cubics BMS isterfeysi müasir təcrübəyə əsasən UX/UI qaydaları ilə tərtib edilib. Burada əsas məqsəd vaxt itkisinə yol verməmək və rahatlığı təmin etməkdir. Odur ki, əksər əməliyyatlar 3 klik prinsipi ilə reallaşdırılır.
Qiyməti uyğundur

Qeyd etdiyimiz kimi, Cubics BMS həlli Azərbaycanda yerli peşəkar mütəxəssislər tərəfindən hazırlanır və qiyməti də digər xarici biznes həllərinə nisbətən çox sərfəlidir. Bundan əlavə, Cubics həllini əldə etmək üçün cəmi 1 dəfə ödəniş etmək kifayət edir.
Yerli dəstək xidməti

Xarici proqram təminatını aldıqdan sonra hər hansı bir çətinlik yarananda Siz bir neçə gün bu çətinliyin aradan qaldırılması üçün həmin şirkətin xarici ofisindəki dəstək komandasından yardım gözləyirsiniz. Lakin Cubics BMS həllini istifadə etdikdə, Siz texniki dəstək komandası ilə dərhal əlaqə yarada bilərsiniz, bu da Sizin biznesinizin durğunluq dövrünə uğramamasını təmin edir.
Tam fərdi ERP

Cubics BMS tam olaraq biznesə uyğun tərtib edildiyi üçün Siz unikal və Sizə özəl hazırlanmış ERP sistemini əldə etmiş olursunuz. Bu da öz növbəsində Sizə biznesi daha effektiv və istədiyiniz şəkildə idarə etməyə imkan yaradır.
İstənilən nöqtədən giriş

Cubics BMS – Bulud üzrərində çalışan ERP sistemidir. Bunun sayəsində Siz 24/7 istədiyiniz cihazdan və məkandan biznesinizi nəzarət altında saxlaya bilərsiniz.
Hər kəsə uyğundur

Cubics BMS təkcə böyük şirkətlər üçün nəzərdə tutulmayıb. Kiçik və orta biznes sahibləri də bu ERP sistemini sərfəli qiymətə əldə edə bilər. Qiymətlər daxil olan modullara, biznes prosesin mürəkkəbliyinə və istifadəçi sayına görə dəyişir.
Əlavə kurslar tələb etmir

Cubics BMS həlli o qədər asandır ki, onu istifadə etmək üçün əlavə kurslara yazılmağa ehtiyyac yoxdur, çunki sistem “intuitivlik” prinsipi ilə hazırlanmışdır. Belə ki, istifadəçilərin rahatlığı üçün sistemdə əsas düymələr və ümumi məlumatlar doğru şəkildə yerləşdirilib.
Daim yenilənmə

Cubics BMS həlli gündən günə inkişaf etməkdədir. Cubics Technology şirkətinin böyük tərtibatçılar və biznes komandaları hər gün bu ERP sisteminin təkmilləşdirilməsi üzrə müzakirələr aparır, sorğular keçirir və yenilikləri sistemə əlavə edirlər. Yeniliklər bütün Cubics BMS istifadəçilərinə təqdim edilir. Onu da qeyd edək ki, bu xidmət illik texniki dəstəyə daxildir.
Cubics BMS – Biznes İdarəetmə Sistemi barədə ətraflı məlumat əldə etmək üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























