“Yerli bankçılığın yeni erası - Neobankinq və Payonix”
(©) Maliyyə və texnologiya sözlərinin birləşməsindən yaranan və “Financial Technologies”-in qısaltması olan FinTech son illərin ən trend terminlərindən biridir. Fintech texnologiyasını ən çox istifadə edən layihələr isə Neobanklardır.
Neobanklar, sandart bank xidmətlərini rəqəmsal formatda təklif edən fintech şirkətlərdir. Adi banklardan fərqli olaraq, neobankların fiziki filialları yoxdur və bank lisenziyası olmadan da fəaliyyət göstərə bilirlər. Neobanklar müştərilərinə yalnız mobil tətbiqetmələrdən və onlayn platformalardan istifadə edərək xidmət göstərən yeni nəsil banklardır.
Yerli rəqəmsal ödəniş platforması olan Payonix də bu xidmətlərdən biridir. Payonixin istifadəsi çox asandır. Onu digər ödəniş platformalarından fərqli edən bir çox xüsusiyyət var.
Anında keşbek – Bu funksiya ilə siz tətbiqin partnyoru olan müxtəlif alış-veriş və əyləncə mərkəzləri, restoranlar, sağlamlıq mərkəzi və s. kimi yerlərdə tətbiqdən istifadə edərək ödəniş etsəniz, müxtəlif keşbeklər əldə edirsiniz.
Endirimli kuponlar – Sizə endirim kuponu lazımdır? Payonixdə istədiyiniz yerdən, istədiyiniz qədər kupon əldə etmək mümkündür. Endirim kuponlarıyla yanaşı Payonix tətbiqdə müxtəlif hədiyyə kuponları da yerləşdirir.
P2P Pul Köçürmələri – Bu funksiyanın ən yaxşı tərəfi odur ki, siz dostunuza tətbiq üzərindən sadəcə mobil nömrəsini qeyd etməklə istədiyiniz məbləği 0% kommisiya ilə göndərə və ya qəbul edə bilərsiniz.
Onlayn (Online) ödənişlər – Siz olduğunuz yerdən bütün kommunal, mobil, internet və s. ödənişlərinizi həyata keçirə, üstəlik bu ödənişlərdən keşbek qazana bilirsiniz.
Xərclərin analitikası – Payonix ilə xərclədiyiniz və qazandığınız bütün pulları detallı cədvəl ilə izləmək mümkündür.
İstifadəçilərə bu və bu kimi bir çox funksiyanı təqdim edən Payonix qısa müddətdə 2000-dən çox partnyor ilə bir çoxunun sevimli tətbiqinə çevrilib.
Siz də Payonix haqqında əlavə məlumat əldə etmək istəyirsinizsə, onları Instagram və Facebook səhifəsindən izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
36 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
46 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























