"3 milyon manat mənfəət gözləyərkən, ili 12 milyon manata yaxın mənfəət ilə başa vurduq"
"2021-ci il gözlədiyimizdən çox yaxşı oldu. 3 milyon manat xalis mənfəət gözləyərkən ili 12 milyon manata yaxın xalis mənfəət ilə başa vurduq".
Marja xəbər verir ki, bunu jurnalistlərə Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar təxirə salınmınş tələbin bir hissəsi ötən il reallaşdırıldığı və Qarabağın bərpasına investisiyalar artdığı üçün iqtisadiyyat canlandı, bank xidmətlərinə və kreditlərə tələb artdı.
Anar Həsənov qeyd edib ki, 2022-ci ildə bank sektoru üçün əsas qayğı inflyasiyanın sürətlənməsidir. İllik inflyasiyanın (12,5% red.) əmanət faizlərini (11%-ədək red.) üstələməsi bankların depozit portfellərinə mənfi təsir edə bilər. Əmanətçilər mənfi real faizlərə görə banklara əmanət yerləşdirməyi təxirə sala bilərlər. Bir çox banklar kimi Yelo Bank da kreditləşmənin böyük hissəsini cəlb edilən əmanətlər hesabına aparır. Əmanətlərdə artımın dayanması banklar üçün arzuolunan deyil.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























