Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bazarlarda diqqətlər Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarına da yönəlib.
Marja xəbər verir ki, faiz endirimi dövrünə sentyabr ayında başlayan Türkiyə Mərkəzi Bankı, faizini sentyabr-dekabr ayları arasında 5 bənd azaldaraq 19 faizdən 14 faizə endirib. Yanvar ayında aqressiv yumşalma dövrünə fasilə verən TCMB-nin bu gün keçiriləcək iclasında siyasət faizini dəyişməz saxlayacağı gözlənilir. Bank faiz qərarının Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə açıqlayacaq .
Bloomberg-in 20 qurumun iştirakı ilə keçirdiyi sorğuda orta gözlənti siyasət faizinin dəyişməyərək 14%-də qalacağıdır.
Araşdırmaya görə, il sonu faiz gözləntisi də 14% səviyyəsindədir. Ən aşağı proqnoz verən qurum TCMB-nin ilin sonuna qədər siyasət faizini 9 faizə endirəcəyini, ən yüksək proqnozu paylaşan qurum isə ilin sonunda siyasət faizini 22 faizə çatdıracağını gözləyir.
Xarici qurumlar da siyasət faizində hər hansı dəyişiklik gözləmirlər.
Deutsche Bank dərc etdiyi araşdırma hesabatında, Mərkəzi Bankın fevral ayında keçiriləcək iclasda faizini sabit saxlayacağını, lakin bazar şərtlərinin TCMB-ni birinci rübün sonuna doğru faiz dərəcələrini artırmağa məcbur edəcəyini düşündüklərini qeyd ediblər.
Unicredit, faizin 14 faiz səviyyəsində sabit saxlanacağını gözlədiyini və Mərkəzi Bankın bu il faiz dərəcələrini daha da aşağı salmağa çalışa biləcəyini bildirib.
Türkiyənin Xəzinə və maliyyə naziri Nurəddin Nebatinin Londona səfəri zamanı türk lirəsinin sabitləşdiyini vurğulayaraq, Mərkəzi Bankın siyasət faizini artırmayacağını və qarşıdakı dövrdə faiz endiriminin olmayacağını düşündüyünü dilə gətirib.
İnflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb
Son məlumatlar göstərib ki, Türkiyədə inflyasiyanın artım tempi yanvar ayında da davam edib. Yanvarda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,69 faiz artıb. Beləliklə, inflyasiya 2002-ci ilin aprelindən bəri ən yüksək səviyyədə olub.
Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, yanvarda aylıq inflyasiya 11,10% olub.
Yanvar ayında da istehsalçı qiymətləri də sürətlənib. Məlumata görə, istehsalçı qiymətləri indeksi illik 93,53% faiz artıb. Aylıq müqayisədə istehsalçı qiymətlərində artım 10,45% olub.
TÜİK-in açıqladığı məlumatlara görə, illik baza inflyasiyası 39,45 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
23 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
