Azərbaycanda da törəmə bankı olan xarici bankın kapitalı 21,8 milyard artırılır
Türkiyədə dövlət banklarında kapital artımı Ziraat Bankı ilə davam edib.Azərbaycanda da törəmnə bankı olan Türkiyənin dövlət bankı "Ziraat Bankı"nın (Ziraat Bankası) kapitalının 21,8 milyard türk lirəsi (TL) (2 milyard 725 milyon manat) artırılaraq 34,9 milyard TL-yə (4 milyard 362 milyon 500 min manata) çatdırılması qərara alınıb.
Marja xəbər verir ki, Bankın maliyyə nəticələrindəki məlumata görə, bankın kapitalındakı bütün artımın "Türkiye Varlık Fonu Yönetimi A.Ş" tərəfindən nağd şəkildə ödənilməsinə qərar verilib.
Sözügedən kapital artımı ilə bağlı prosesin davam etdiyi vurğulanıb.
Fevralın 9-da digər dövlət bankları "Halkbank" və "Vakıfbank"ın kapitalının artırılacağı açıqlanıb. Hər iki banka ayrı-ayrılıqda 13,4 milyard TL kapital qoyuluşuna qərarı verilib.
Bundan əlavə, Türkiyənin İnkişaf və İnvestisiya Bankına (Türkiye Kalkınma ve Yatırım Bankası) 1,5 milyard TL, Əmlak İştirak Bankına (Emlak Katılım Bankası) isə 500 milyon TL kapital verilməsi qərara alınıb.
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edilib. Kapital artımı bankın əsas səhmdarı olan T.C.Ziraat Bankası A.Ş. –nin vəsait qoyuluşu hesabına baş verib.
Nizamnamə kapitalının artımı 15 milyon 500 min manat və ya 31 % təşkil edib.
Dəyişiklikdən sonra, “Ziraat Bank Azərbaycan” ASC-nin nizamnamə kapitalı65 milyon manata yüksəlib. Qeyd edilib ki, kapital artımı nəticəsində səhmdarların payları nisbətində dəyişiklik baş verməyib. Beləliklə də bankın əsas səhmdarları "T.C. Ziraat Bankası" səhmlərin 99.98% hissəsinə, "Ziraat Teknoloji" ASC 0.01% hissəsinə və "Ziraat Yatırım Menkul Değerler" 0.01% hissəsinə sahib olmaqdadır.
Bankdan təqdim edilən məlumata görə, kapital artımında əsas məqsəd, bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir. Eyni zamanda nizamnamə kapitalının artımı bankın real sektora kredit qoyuluşlarının həcminin artırılmasına da xidmət edəcəkdir.
“Ziraat Bank Azərbaycan” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















