970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

“Ural Hava Yolları” Bakıya uçuşların sayını artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ural Hava Yolları” Bakıya uçuşların sayını artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “Ural Hava Yolları" şirkəti martın 6-dan Yekaterinburqdan Bakıya uçuşların sayını iki dəfə artıracaq.

Bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, həmin tarixdən Yekaterinburqdan Bakıya aviareyslər cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Aviadaşıyıcı həmçinin martın 30-dan Jukovski-Bakı-Jukovski marşrutu üzrə Azərbaycana uçuşların sayını iki dəfə artıracaq. Hazırda aviadaşıyıcı hər cümə axşamı bu istiqamətdə aviareyslər həyata keçirir, qeyd olunan tarixdən isə uçuşlar çərşənbə və şənbə günləri olacaq.

Bundan əlavə, “Ural Hava Yolları” martın 9-dan 23-nə qədər Krasnodar - Bakı - Krasnodar marşrutu üzrə çərşənbə günlərində, martın 31-dən isə cümə axşamı günlərində uçuşlar yerinə yetirəcək. Hazırda bu istiqamətdə uçuşlar cümə günləri həyata keçirilir.

“Ural Hava Yolları” həmçinin İrkutsk - Bakı - İrkutsk (cümə günləri) və Krasnoyarsk - Bakı - Krasnoyarsk (şənbə günləri) marşrutları üzrə uçuşlar həyata keçirir.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET

“Report” 

15.02.2022 15:01

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18