“443 milyon manat artıq gömrük vergi və rüsumları toplamışıq”
Ötən illərdə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ölkə üzrə illik büdcə daxilolmalarında xüsusi çəkisi artıb və qanunla müəyyən olunan illik büdcə öhdəliyinin artıqlaması ilə yerinə yetirilməsinə nail olunub.
Marja xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsin 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında bildirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bildirib ki,
2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 900 milyon manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 4 milyard 342 milyon 967 min manat olmaqla, proqnoz göstəriciləri ilə müqayisədə 442 milyon 967 min manat artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb və illik büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.
2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilib. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.
Məlumat verilib ki, "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2021-ci il ərzində 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























