Mərkəzi Bank sisteminə yüksək qiymət - SERTİFİKAT TƏQDİM OLUNDU
Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, onların etibarlı və fasiləsiz fəaliyyətlərinin təşkili məqsədilə innovativ informasiya-kommunikasiya texnologiyaları həllərinin tətbiqi və qabaqcıl standartlara uyğunluğunun təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Mərkəi Bankın yaydığı məlumatda bildirilir ki, bu sahədə aparılan davamlı təkmilləşmə işləri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən akkreditə edilmiş və Mərkəzi Bankın operatoru olduğu Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından “Societe Generale de Surveillance” təşkilatı tərəfindən geniş təhlili və diaqnostikası aparılmışdır. Aparılan audit nəticəsində Mərkəzi Bankda İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunmuşdur.
BSXM-in funskional fəaliyyəti "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bankın xidmət göstərdiyi dövlət təşkilatlarına və maliyyə bazarlarında fəaliyyət göstərən nəzarət subyektlərinə, habelə nəzarət subyektlərinin xidmətlərindən istifadə edən fiziki və hüquqi şəxslərə elektron imza xidmətlərinin göstərilməsidir. BSXM-in təkmil elektron imzaları ölkə əhəmiyyətli infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
56 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























