JP Morgan-ın baş direktoru bu il FED-in 7 dəfə faiz artıracağını gözləyir
JP Morgan-ın baş icraçı direktoru Jamie Dimon, FED-in yüksək inflyasiya ilə əlaqədar olaraq bu il bazarlarda gözləniləndən daha çox faiz artıra biləcəyini söyləyib. Marja xəbər verir ki, Dimon "6 və ya 7 dəfə faiz artırıla bilər" deyib.
Wall Street-in ən böyük bankının Baş direktoru deyir ki, FED faizləri bazarların gözlədiyindən daha çox artırmalı ola bilər.
Marja-nın məlumatına, JP Morgan-ın baş direktoru Ceymi Dimon (Jamie Dimon) analitiklərə bildirib ki, FED inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini 6-7 dəfə artırmalı ola bilər. FED-in inflyasiya artımı ilə mübarizə aparacaqlarına dair açıqlamaları ilə artıq bazarın bu il üçün faiz artırımı gözləntiləri yüksəlib.
ABŞ-da inflyasiya 7 faizə çatıb ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir. Swap bazarları bu il faizin 3-4 dəfə artıracağını qiymətləndirir. Fed rəsmiləri də faizin artımrılmasının mart ayında başlaya biləcəyinə dair siqnallar verirlər. FED üzvləri bu il cəmi 0,75 bənd faiz artımı gözləyirlər.
Dünən JP Morgan-ın dördüncü rüb balansının açıqlandığı yığıncaqda danışan Dimon, “Fikrimcə, faiz 4 dəfədən çox artırılacaq. 6 və ya 7 dəfə ola bilər. İstehlakçı güclüdür, şirkətlər çox yaxşı işləyirlər. Artım baxımından vəziyyət kifayət qədər yaxşı görünür, yeganə problem inflyasiyadır”, - deyib. Dimon, faiz dərəcələrinin yüksəldiyi bir mühitdə iqtisadiyyatın inkişaf etməyəcəyi fərziyyəsinin səhv olacağını söyləyib.
"Goldman Sachs" bu həftə yaydığı məlumatda bu il FED-dən 4 dəfə faiz artımı proqnozlaşdırmışdı. 4 faiz artımını gözləyən banklar arasında "Deutsche Bank" da var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
