Koronavirusla mübarizədə iştirak edənlərə 12.4 milyon manata yaxın ödənilib
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2021-ci ilin oktyabr və noyabr ayları üzrə 12.4 milyon manata yaxın müddətli əlavə, mükafat və birdəfəlik mükafat ödənilibAzərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödənilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
“Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə cəlb edilmiş işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Agentliyin İdarə Heyətinin 20 sentyabr 2021-ci il tarixli 26 saylı Qərarına əsasən iyul və avqust ayları üzrə 67 tibb müəssisəsinə ümumilikdə 1 milyon 597 min manat məbləğində birdəfəlik mükafat ödənilib. Qeyd edək ki, Agentlik tərəfindən iyul və avqust ayları üzrə birdəfəlik mükafatların ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 d. əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 36 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Ən çox oxunanlar
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!




















