Mərkəzi Bank hərracın nəticəsi və Manatın məzənnəsi barədə məlumat yaydı
Mərkəzi Bank bu il devalvasiya olmayacağına işarə etdi! Valyuta hərraclarında təklifin tələbi üstələməsi davam edir.06 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Marja Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, hərracda tələb 114,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
"Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşmışdır. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmamışdır", - məlumatda deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Mərkəzi Bank qeyd edib ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələmiş, ümumilikdə valyuta bazarı tarazlı olmuş, milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilmişdir:
"2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcəkdir".
Xatırladaq ki, 30 Dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 140,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Valyuta hərracda kommersiya bankları iştirak edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















