“MKT İstehsalat Kommersiya” şirkəti kimsəsiz uşaqları ziyarət edib
“Yeni il ərəfəsində kimsəsizlərin kimsəsi olaq!”(®) Uşaqlar gələcəyimizdir. Gələcəyimizin sağlam təməllər üzərində qurulması üçün yeni nəsillərin sağlam ruhda böyüməsi gərəkməkdədir. MKT İK MMC-nin növbəti tədbiri də məhz gələcəyimiz olan uşaqları hədəf almışdır. Şirkət komandası bu dəfə həssas yanaşmaya, əlavə diqqətə və qayğıya ehtiyacı olan valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları ziyarət etmişdir.
“Yeni il ərəfəsində kimsəsizlərin kimsəsi olaq!” şüarı altında “Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağına həyata keçirilən ziyarətdə uşaqların ehtiyacları qarşılanmış, onlara bayram sevinci yaşatmaq üçün əyləncə tərtib edilmişdir.
MKT İK MMC keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri ilə əhalinin həssas qruplarına diqqətin artmasını və bu növ yardımların sayının artmasını hədəfləyir.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 ha sahədən rekord göstərici olan 35.6 sentner/ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-Oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
3 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























