İlk dəfə - Lizinq yolu ilə mal alışlarında bonus
(®) Yeni il qabağı Azərbaycanda lizinq bazarında liderlərdən olan “Prior Leasing” ASC müştərilərinə hədiyyə olaraq bu sahədə yenilik olan xüsusi loyallıq proqramına start verdi!
Loyallıq proqramı çərçivəsində müştərilər “Prior Leasing”-dən alış edərək, həmin məhsulun dəyərinin 1-7%-i və ya xidmət komissiyaların 10%-i qədər bonus əldə edəcəklər. Müştərilər həmin bonusu 12 ay ərzində növbəti alışlarda “Prior Leasing” ASC, BOKT “Prior Credit” QSC və bütün partnyor şəbəkəsinin məhsullarını əldə edərkən istifadə edə biləcəklər.
Bundan əlavə loyallıq proqramında müştərilərə etdikləri alış məbləğindən asılı olaraq 3 kateqoriya üzrə Loyal, Gold və VİP kartları təqdim ediləcək. Müştərilərin Prior və onun partnyor şəbəkəsindən alış edərkən əldə etdiyi bonusları həmin kartlarda toplanacaq və toplanmış bonusları Prior-un 20-ə yaxın partnyor şəbəkəsindən alış edərkən endirim əldə etmək üçün istifadə edə biləcəklər. Şəbəkəyə kənd təsərrüfatı texnikası, ehtiyyat hissələri, gübrə, toxum və sair malların təchizatçıları, maliyyə təşkilatları daxil olacaq. Proqram iştirakçıları təlimlərdən, sahə günlərindən, pulsuz məsləhət xidmətlərindən və sair üstünlüklərdən yararlana biləcək.
Loyallıq proqramının başlanması və yeni il ilə əlaqədar 31 yanvar 2022-ci il tarixinədək həm “Prior Leasing” ASC, həm BOKT “Prior Credit” QSC xidmətlərindən yararlanan müştərilər Loyallıq proqramı çərçivəsində ilk alışda ikiqat bonuslar əldə edəcəklər.
Kampaniya və proqram barədə ətraflı məlumat əldə etmək üçün şirkətin 858 nömrəsi ilə əlaqə saxlaya və ya filiallara yaxınlaşa bilərsiniz. Daha ətraflı www.prior.az
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Əsas fəaliyyət növü kənd təsərrüfatı texnikaları və aqreqatlarının lizinqi olmasına baxmayaraq, şirkət həmçinin tikinti texnikası, damazlıq cins heyvanlar, müxtəlif növ avadanlıqlar və avtomobillərin lizinqi xidmətini də vətəndaşlara təqdim edir. Azərbaycanın 14 bölgəsində filial şəbəkəsinə sahib olan “Prior Leasing” fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis etmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)



.jpg)







