Açıq tenderlərdə iştirak haqqı aşağı salınıb
İştirak haqqı 100-1500 manat arasında olacaq.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli Qərarı ilə “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib. Qərarın tətbiqi kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması, sahibkarların dövlət satınalmalarında iştirakının əlçatanlığının və şəffaflığın təmin edilməsinə, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühitinin yaradılmasına xidmət edəcəkdir.
Marja xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir.
Qərara əsasən, kotirovka sorğusu metodu ilə təşkil edilən bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə həyata keçiriləcək.
Daha bir mühüm məqam isə açıq tenderin keçirilməsi üçün iştirak haqqının aşağı salınmasıdır. Belə ki, ehtimal olunan qiymətdən asılı olaraq, iştirak haqqı 100-1500 manat arasında olacaq.
"İştirak haqqının sabit məbləğdə olması və aşağı salınması açıq tenderlərdə, xüsusilə iri həcmli satınalmalarda mikro, kiçik və orta sahibkarların fəal iştirakını stimullaşdıracaq. Bununla da, dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə edilməsinə və rəqabətdən irəli gələrək daha keyfiyyətli malların (iş və xidmətlərin) əldə olunmasına zəmin yaranacaqdır", - məlumatda bildirilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları dövlət satınalmalarında fəal iştiraka və hüquq pozuntuları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət etməyə çağırır. Bununla yanaşı, dövlət müəssisə və təşkilatlarını satınalmaların təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə tam riayət etməyə, satınalmalar barədə dərc olunan elanlarda alınacaq mallar (işlər və xidmətlər) barədə məlumatları ətraflı yerləşdirilməyə, elektron satınalmaların iştirakçılarını əlaqələri yalnız etender.gov.az portalı vasitəsilə qurmağa dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
9 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
10 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
11 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)









.jpg)







