SOCAR Tbilisidə təntənəli mərasim keçirib - FOTOLAR
SOCAR Gürcüstanda fəaliyyətinin 15 illiyini qeyd edirTbilisidə SOCAR-ın Gürcütsanda fəaliyyətə başlamasının 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat naziri Natia Turnava, Tbilisi şəhərinin meri Kaxa Kaladze, Azərbaycanın Gürcüstandakı Səlahiyyətli və Fövqəladə səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Çıxış edənlər SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicisi olduğunu, yüksək sosial məsuliyyət daşıdığını vurğulamış, şirkətin həyata keçirdiyi layihələrin Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrdən danışmışlar.
Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev bir neçə əməkdaşa “Fəxri neftçi” nişanı və şirkətin Fəxri fərmanlarını təqdim etmişdir. Bir qrup əməkdaşa isə Azərbaycan və Gürcüstan arasında dostluğun möhkəmlənməsinə, gənclərin inteqrasiyasına, habelə tarixi irsin qorunub saxlanılmasına verdikləri töhfələrə görə mükafatlar təqdim olunmuşdur.
Qeyd edək ki, 2006-cı ildə təsis olunan SOCAR-a məxsus Kulevi Neft Terminalı vasitəsilə neft məhsullarının Qərb bazarlarına nəqlini həyata keçirir. “SOCAR Energy Georgia” MMC özünün törəmə şirkətləri vasitəsilə 112 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalını istismar edir, Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkət Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanması ilə məşğuldur və yerli qaz şəbəkələrini idarə edir. “SOCAR Georgia Gas” şirkətinin tərəfindən göstərilən xidmətin əhatə etdiyi abunəçilərin sayı 2008-ci ildən bəri 78 min abunəçidən 808 min abunəçiyə qədər artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























