VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcəsini endirib
(®) Bank VTB Azərbaycan Yeni il kampaniyası çərçivəsində nağd pul krediti üzrə dərəcəsini 14,5%-ə endirir. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə 15%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz.
Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
Kampaniya 15 yanvar 2022-ci il tarixinədək davam edəcək.
“İlin sonu ənənəvi olaraq iri xərclər dövrüdür, bununla əlaqədar müştərilər daha çox nağd pul krediti seçirlər. Bu məhsula artan tələbatı nəzərə alaraq, müştərilərə kreditlərin verilməsi şərtlərini yaxşılaşdırmaq və faiz dərəcəsini 14,5%-ə endirmək qərarına gəldik. İlin əvvəlindən Bankın nəğd pul krediti üzrə portfeli təxminən üç dəfə artaraq 49,33 milyon manat təşkil edib. Müştəri müraciətlərinə vaxtında cavab vermək və sərfəli və sərfəli məhsullar təklif etmək bankımız üçün strateji prioritetdir”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























