Bank Respublika istiqrazlarına tələb təklifi 30% üstələyib
16 dekabr tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.
Bankın yaydığı məlumatda bildirlir ki, hərrac zamanı Bank Respublikanın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq müşahidə olunub və keçirilmiş hərracda tələb təklifi 30% üstələyərək 12 milyon 980 min manat təşkil etmişdir. Bu isə öz növbəsində Bankın şəffaf iş prinsipi o cümlədən bazarda qazandığı inam və etimadın göstəricisidir.
Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürmüşdürlər və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir, istiqrazın orta ölçülmüş qiyməti isə 1000 AZN (kupon 8,5%) məbləğində müəyyən edilmişdir.
İstiqrazdan əldə olunan vəsaitlər ölkənin real sektorunun inkişafı və Bankın əsas fəaliyyəti ilə bağlı digər layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 51 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















