“MTRŞ-nı Audiovizual Şura əvəzləyəcək”
“Media haqqında” qanun layihəsinə əsasən, Milli Televiziya və Radio Şurasının funksiyalarını Azərbaycan Respublikasının Audioviziual Şurası yerinə yetirəcək. Başqa sözlə, Milli Televiziya və Radio Şurasının adının Azərbaycan Respublikasının Audiovizual Şurası olaraq dəyişdirilməsi təklif olunur”.
Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.
MTRŞ sədri deyib ki, layihədə qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulmur, sadəcə, Audiovizual Şuranın tənzimləmə sahəsi bir qədər geniş olacaq: “Artıq könüllü olaraq “Media haqqında” yeni qanuna uyğun olaraq fəaliyyət göstərmək istəyən internet telekanalların fəaliyyəti Audiovizual Şura tərəfindən tənzimlənəcək. Ancaq bu halda qurumun səlahiyyətinin artırılması, yaxud azaldılması məsələsi yoxdur”.
İ. Səttarov qeyd edib ki, internet televiziya anlayışı yeni, geniş anlayışdır: “İnsanlar bəzən səhv salır, elə bilirlər ki, istənilən internet kanalı internet televiziyadır. Hansısa insanın bir videobloqu, şəxsi kanalı varsa, TV sözü yazmaqla dərhal bu kanal internet televiziya olmur. Qanun layihəsində konkret tələblər var. İnternet TV o olacaq ki, gündəlik minimum 6 saat fəaliyyət göstərəcək. Belə nümunələr də artıq var. Onlar da bizə müraciət ediblər ki, fəaliyyətləri qanuna uyğun olsun. Biz də qərara gəlmişik ki, media subyekti kimi fəaliyyət göstərmək istəyən həmin kanallara imkan yaradaq. Ancaq internetin, kanalların bloklanacağı barədə deyilənlər əsassızdır. Lisenziya almayanlara gəlincə, internet üzərində onlar bu gün necə fəaliyyət göstərirlər, gələcəkdə də elə fəaliyyət göstərəcəklər”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























