Azərbaycan və Qətər KOB-ların ticarət platformalarını yarada bilər
Qətərə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentlyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.
KOBİA-nın yaydığı məlumata görə, Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar ilə görüşdə potensial əməkdaşlıq imkanlarına, qarşılıqlı ticarət və biznes missiyalar təşkil etməklə sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, KOB-ların ticarət əlaqələrinin inkişafı üçün yeni platformaların yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Qətər İnkişaf Bankının icraçı direktoru vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaidi ilə görüşdə isə KOBİA və bank arasında bu ilin iyun ayında Sankt-Peterburqda imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində həmçinin, KOBİA nümayəndələri Qətərdə sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























