"Türkiyə Mərkəzi Bankı faizini 25%-ə yüksəltmək məcburiyyətində qala bilər"
Deutsche: TCMB gələn rüb faizini 10 bənd artırmaq məcburiyyətində qala bilərDeutsche Bank, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMV) dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-ci ilin ilk rübünün sonlarına doğru əsas siyasət faizini 25%-ə yüksəltmək məcburiyyətində qala biləcəyini açıqlayıb. Hazırda TCMB-nin əsas faizi 15% səviyyəsindədir.
Marja.az xəbər verir ki, Deutsche Bank bir araşdırma hesabatında bazar şərtlərinin Türkiyə Cümhuriyyəti Mərkəzi Bankını 2022-nin ilk rübündə 10 bənd faiz artırmağa məcbur edəcəyini qeyd edib.
16 Dekabr tarixindəki yığıncaqda TCMB-nin 1 bənd faiz endirim etməsini gözləyən Deutsche Bank, sonrakı üç pul siyasəti yığıncağında isə aqressif bir faiz endirimi gözləmədiklərini bildirib.
Təcili bir faiz artırmaq qərarı qəbul edilməsinin hazırkı vəziyyətdə çətin olacağını qeyd edən təşkilat, TCMB-nin dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-nin ilk rübündə əsas siyasət faizini 25%-ə yüksəltməz məcburiyyətində qala biləcəyini qeyd edib.
İnflyasiyanın bu ilin sonunda 25% olacağını nəzərdə tutan Deutsche Bank iqtisadçıları, 2022-ci ilin ilk yarısında isə inflyasiyanın 30%-ə qədər qalxacağını düşünür. Deutsche Bank, məzənnənin atmasının inflyasiyaya əks olunacağını və minimum əməkhaqqındakı artımla birlikdə 2022-ci ilin May ayında inflyasiyanın 35% ətrafına çata biləcəyini də qeyd edib.
Türkiyə iqtisadiyyatının 2021-ci ildə 10,1% artmasını gözlədiklərini ifadə edən Bank, Türk lirəsindəki oynaqlığın istehlakçılar və biznes dünyası üçün qeyri-müəyyənliyi artıracağını, bunun da iqtisadi fəaliyyəti yavaşladacağını gözləyir. Deutsche Bank 2022-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını nəzərdə tutur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























