Qazaxıstanda xarici valyutaya tələb artıb - MİLLİ BANKDAN 239 MİLYON DOLLARLIQ MÜDAXİLƏ
Qazaxıstan Milli Bankı noyabrda 239 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib.
Noyabrın sonunda Qazaxıstan Milli Bankı 239 milyon dollar məbləğində valyuta intervensiyaları (qarışmaq, müdaxilə etmək) həyata keçirib ki, bu da bazarda valyutaya tələbatın artması ilə əlaqədar olub.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı hökumətin iclasında maliyyə tənzimləyicisinin sədri Yerbolat Dosayev məlumat verib.
“Qeyri-müəyyənlik və xarici şəraitin kəskin pisləşməsi şəraitində fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutaya tələb xeyli artıb. Təngənin sabitliyini pozan dalğalanmaların qarşısını almaq üçün Milli Bank 2020-ci ilin oktyabrından bəri ilk dəfə olaraq noyabrın son günlərində 239 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib”.
Bundan əvvəl Milli Bank məlumat vermişdi ki, dekabrın 2-də xarici valyutaya tələbin təklifi xeyli aşması fonunda 64,6 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib.
Tənzimləyicinin sədr müavini Aliyə Moldabekovanın sözlərinə görə, bu, spekulyativ əhval-ruhiyyənin artmasının və məzənnədə sabitliyi pozan sıçrayışların qarşısını almağa imkan verib.
Həmçinin Dossaev bildirib ki, bu il əsas təşəbbüslərdən biri milli rəqəmsal valyutanın - rəqəmsal tengenin tətbiqi üzrə pilot layihədir.
“Dövlət başçısının sərəncamı ilə Milli Bank 2022-ci il iyulun 1-dək rəqəmsal tengenin tətbiqi ilə bağlı qərar qəbul etmək üçün model hazırlayacaq. 2022-ci ilin dekabrında rəqəmsal tengenin tətbiqi zərurəti ilə bağlı yekun qərar veriləcək”, - deyə o bildirb. Pilot layihənin nəticələrinə dair yekun hesabat bu il dekabrın 15-də dərc olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
