Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi - FOTO, VİDEO

(®) Paytaxt Bakının Yasamal rayon ərazisində “Avant Park” yaşayış kompleksinin inşaat işlərinə start verildi. “Avant Park” gənc ailələrə və yeni mənzil almaq istəyən şəxslərə müxtəlif üstünlüklər və uyğun qiymətlə böyük avantajlar təklif edir.
Yeddi binadan ibarət “Avant Park” yaşayış kompleksi yeni şəhərsalma normaları və müasir tikinti, memarlıq standartlarına riayət olunaraq inşa edilir. Bakının digər yerlərindəki mövcud məskunlaşmalardan fərqli olaraq, kompleks sakinlərin daha rahat şəraitdə yaşaması üçün aşağı sıxlıq əmsalına uyğun layihələndirilib.
Şəhərimizin ən hündür ərazilərindən birində, Şərifzadə 241 ünvanında yerləşən “Avant Park”ın təqdim etdiyi işıqlı və günəşli mənzillər sakinlərin həyat keyfiyyətini daha da artıracaq. Hər bir detalına qədər incəliklə işlənmiş zərif memarlıq üslubundakı binalar özünəməxsus ab-hava bəxş edəcək.
Dörd hektar ərazini əhatə edən kompleksin cəmi 1 hektarı yaşayış binaları, ictimai iaşə və digər yardımçı tikililərin inşası üçün nəzərdə tutulub. Qalan 3 hektarlıq sahədə sakinlərin istirahəti üçün geniş infrastruktur yaradılacaq. Aktiv istirahət üçün düşünülmüş açıq idman meydançası, geniş yaşıllıq, uşaqlar üçün oyun meydançası, kompleksin perimetri boyunca qaçış və velosiped zolağı, 1200 avtomobillik yeraltı və yerüstü avtodayanacaq sahəsi, SPA və böyük üzgüçülük hovuzu, kinoteatr mərkəzi və digər üstünlüklər rahatlığınızı təmin edəcək.
“Avant Park” layihəsi inşaat sektorunun inkişafına dəstək verən ABB-nin maliyyə tərəfdaşlığı ilə yerinə yetirilir. Buradan ABB-nin sərfəli ipoteka şərtləri ilə də rahat bir şəkildə mənzil almaq olar.
Buradakı kompakt şəkildə planlanmış təmirli mənzilləri 36 aylıq daxili kredit və ya 20 ilədək ipoteka şərtləri ilə əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün:
Tel: *0241
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
35 d. əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
14 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
16 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
16 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
