Baku Electronics ikinci ən böyük mağazasını açdı!
(®) Ötən həftə Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics, Xətai rayonunda (Ukrayna dairəsi) böyüklüyünə görə ikinci, sayca isə 26-cı mağazasının möhtəşəm açılış mərasimini qeyd edib.
Tədbir rəhbərliyin, yerli və xarici qonaqların çıxışlarından ibarət rəsmi hissə ilə başlayıb. Daha sonra əyləncəli şou proqram və interaktiv hissə ilə davam edib. Mügənni Miri Yusifin çıxışı isə gecəni daha da yadda qalan və əyləncəli edib.
Baku Electronics rəhbərliyinin açılış nitqindən sonra təbrik üçün nitq Samsung brendinin regional rəhbəri Danny Dongwon Ryu-a verilib. Daha sonra LG brendinin Azərbaycan üzrə rəhbəri Sanginn Lee öz təbriklərini çatdırıb.
2400 kv m əraziyə sahib olan mağazada dünyanın ən məhşur brendlərinin böyük və kiçik məişət avadanlığlarını, televizor, mobil telefonlar və planşetlərini, ev üçün lazım ola biləcək bütün tekstil və qab-qacaq, tava-qazan, mebel və digər avadanlıqlarını əldə etmək mümkündür.
Xatırladaq ki, açılışa özəl olaraq dekabr ayının 3-dən başlayaraq 12-nə kimi müştəriləri inanılmaz fürsətlər gözləyir.
Belə ki, mağazanın açılışı münasibəti ilə bütün məişət texnikası, televizorlar və kondisionerlər ilkin ödənişsiz, komissiyasız və 18 ay faizsiz kreditlə alıcılarını gözləyir.
Müştərilər indi Samsung UE32T4500AUXRU televizor modelini ilkin ödəniş etmədən, komissiya ödəmədən, tam 18 ay faizsiz kreditlə ala bilərlər.
Bundan əlavə mobil telefonlar və planşetlər isə ilkin ödənişsiz və faizsiz 18 ay kreditlə təklif olunur.
Bu o deməkdir ki, müştərilər indi Samsung Galaxy A037 modelini indi ilkin ödəniş etmədən və 18 ay boyunca heç bir faiz ödəmədən əldə edə bilərlər.
Apple sevərlər isə ilkin ödənişsiz və faizsiz 12 ay kreditlə sevimli məhsullarına qovuşa bilərlər.
Yeniliklər bununla bitmir, 500 manatdan yuxarı nağd və taksitlə alış edənlər isə 50 AZN dəyərində hədiyyə kartı əldə edəcəklər.
Evinin rahatlığı və gözəlliyini düşünənlər üçün də fürsətlər var.
Belə ki, açılışa özəl qab-qacaq, tava-qazan və tekstil nağd alışlarda tam 40 faiz endirimlə təklif edilir. Kreditlə almaq istəyənlər isə ilkin ödəniş etmədən, faiz ödəmədən 12 ay kreditdən yararlana bilərlər.
Yeni il qabağı mebellərini dəyişmək istəyənlər isə heç bir komissiya və ilkin ödəniş etmədən tam 24 ay faizsiz kredit şərtlərindən faydalana və ya bütün mebelləri 30% endirimlə əldə edə bilərlər.
Xatırladaq ki, Baku Electronics artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir.
Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 26 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.
Baku Electronics-in bütün kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.
https://www.linkedin.com/company/bakuelectronics/
https://www.instagram.com/bakuelectronics.az/
https://www.facebook.com/Bakuelectronics.MMC/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb














.jpg)









