10 ayda 247 mindən çox daşınmaz əmlaka "kupça" alınıb
2021-ci ilin on ayında ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artaraq 247 308 olub. Bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 836-sı fərdi yaşayış və bağ evi, 75 224-ü mənzil, 122 073-ü torpaq sahəsi, 2 877-si qeyri-yaşayış binası, 6 631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır. 2021-ci ilin on ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Bu dövrdə 13 281 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 15,1% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, Ötən ilin on ayı ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 21,6% artaraq 13 088, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 41% artaraq 3 158 olub.
Cari ilin yanvar-oktyabr ayları ərzində 193 028 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8% artaraq 42 029 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 17 d. əvvəl
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR







.jpg)









.jpg)






