Qlobal bazarlarda yeni koronavirus variantı narahatlığı - YENİ ÇÖKÜŞ BAŞLAYIB
Cənubi Afrikadakı alimlər yeni koronavirus variantı aşkar ediblər. Bu vəziyyət qlobal bazarlarda narahatlığa səbəb olub. Yeni variant hələ dünyaya yayılmamış olsa da, qlobal bazarları təsiri altına alıb.
Marja xəbər verir ki, MSCI Asiya Pasifik indeksində 1,9% olmaqla Martdan bu yana ən kəskin geriləmə baş verib.
Avropa Aviasiya İndeksi yeni variant xəbərlərindən sonra düşüb. Avro Stoxx 600 indeksi 2,5%-dən çox geriləyib. FTSE 100 indeksi 3%-ə yaxın, DAX 3%-dən çox düşüb.
Yapon Nikkei və Honq Konq Hanq Senq indekslərində eniş 2%-i aşıb.
Sərmayəçilər "etibarlı limanlara" yönəliblər; Birjalar, istiqrazların gəlirlilikləri və neft düşüb. Yapon yeni, qızıl, dollar bahalaşıb.
Bloomberg Dollar İndeksi 1192 ilə 16 ayın ən yüksək səviyyələrinə çatıb. Qızılın unsiyasının qiyməti 1,52% artımla 1809 dollara qalxıb.
Cənubi Afrikada aşkar edilmiş yeni variantın "açıq şəkildə" digər variantlardan çox fərqli olduğu bildirilir.
Cənubi Afrikanın Səhiyyə naziri Joe Phaahla, "Bu, ciddi narahatlıq yaradan bir mutasiyadır. Daha bir uzun koronavirus dalğası yarana bilər. Növbəti dalğanın dekabr ayının sonu və ya yanvar ayının əvvəlində başlayacağı nəzərdə tutulur",- deyib.
Ortaya çıxan bu yeni variantın bütün dünyaya yayılması riski var.
Ümumdünya Səhiyyə Təşkilatı yeni variantın əvvəlkilərdən daha sürətli yayılıb-yayılmadığını, daha ölümcül olub-olmadığını araşdırır.
İngiltərə və İsrail, Cənubi Afrika və yeni variant riski daşıyan digər beş Afrika ölkəsindən uçuşları müvəqqəti dayandırır.
Honq Konqda koronavirusun bu yeni variantına 2 yoluxma fakı aşkar edilib.
Digər tərəfdən Çində Şanxay daxil olmaqla bir çox bölgədə Covid-19-a yoluxmada artım müşahidə edilir. Avropada bir çox hökumət də məhdudiyyətləri artırmağı qiymətləndirir.
Həmçinin oxu
Neftin qiyməti 5%-dən çox düşdüMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
- 13 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı






















