“2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"
“Azəriqaz” İstehsalat Birliyinin elə abonenetləri var ki, il ərzində onların 10-15 dəfə sayğac qutusunu dəyişirik".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, ancaq “Azəriqaz” buna da gedir: “Bəzən belə abonentlər sosial şəbəkədə bununla bağlı yazır, sayğacın şəklini qoyur. Amma biz daha ona reaksiya vermirik, çünki həmin abonentin sayğac qutusunu keçən həftə dəyişmişik. Görünən budur ki, həmin abonent sayğac qutusunu hansısa formada düzgün bağlamır, sayğac qutusu sınır və sairə”.
R. Əliyev deyib ki, qurumun bütün mövcud abonentlərə sayğaca qədər və hətta sayğac da, sayğac qutusu da daxil olmaqla bütün xidmətlər birmənalı ödənişsizdir: “Ancaq yeni abonent olmaq üçün abonentə sayğac və qutu ödənişsiz verilir. Qaldı ki, abonent digər fərdi evlərdə bir mənbə olaraq qazın çəkilişini həyata keçirmək istəyirsə, bunun üçün də xüsusi lisenziyalı təşkilatlar var ki, onlar da mərkəzləşdirilmiş formada işləyirlər”.
O qeyd edib ki, amma bununla da bağlı cəmiyyətdə müəyyən narazılıq və narahatçılıq var: “Çalışacağıq ki, 2022-ci ilin yanvar ayından qaz çəkilişi alyans formasında deyil, abonentlər həmçinin fərdi formada da davam etdirə bilsinlər. Artıq bununla bağlı müəyyən müqavilə forması hazırlamışıq. İstənilən lisenziyalı təşkilat bu işi həyata keçirə bilər. Ancaq bizimdə orada öz şərtlərimiz var. Çünki onlar bizdən sayğac götürürlər və onun şəbəkəyə quraşdırılmasına bir cavabdehlik olmalıdır. Bunun üçün də yanvar ayından bu sahədə müəyyən qaydalar dəyişəcək”.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
- 12 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı






















