Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi
Uşaqlar beş idman növü üzrə yarışlarda iştirak edəcəklər
(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-in dəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb.
2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.
2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
