Əfqanıstanın bank sisteminin çökmək ərəfəsində olduğu barədə xəbərdarlıq
Bunun sosial-iqtisadi nəticələri çox böyük ola, o cümlədən qaçqınların sayının arta, bankların bərpası isə onilliklər çəkə bilər.Əfqanıstanın bank sistemi əmanətlərin kütləvi çıxarılması, tədavüldə pul və valyuta çatışmazlığı, həmçinin problemli kreditlərin sayının artması ilə üzləşib.
Marja-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı bazar ertəsi xəbərdarlıq edib ki, bu cür tendensiyalar ölkənin bank sisteminin tamamilə dağılması təhlükəsi yaradır.
"Əfqanıstanda maliyyə sistemi və bank köçürmələri sistemi qeyri-mütəşəkkildir. İstehsal sektorunun perspektivlərini yaxşılaşdırmaq və bank sisteminin çökməsinin qarşısını almaq üçün əhalinin bank əmanətlərinin kütləvi şəkildə çıxarılması problemi dərhal həll edilməlidir",- təşkilatın hesabatında deyilir.
Belə bir ssenarinin sosial-iqtisadi nəticələrinin çox böyük olacağı, o cümlədən qaçqınların sayının artması ehtimalı və bankların bərpasının onilliklər çəkə biləcəyi vurğulanır.
BMT-nin Əfqanıstan üzrə İnkişaf Proqramının rəhbəri Abdulla əl-Dərdari bildirib ki, vəziyyəti Taliban hərəkatının və onun liderlərinin beynəlxalq hüquqi mövqeyi daha da gərginləşdirir. Taliban hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq inkişaf yardımı şəklində maliyyə axını dayanıb, İslam Respublikasının xarici hesabları dondurulub.
Əfqanıstan banklarının likvidliyi valyuta yardımlarından asılı idi. Belə şəraitdə əhali əmanətlərini evdə saxlamağa üstünlük verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















