Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropanın aparıcı aviaşirkəti London Birjasını tərk edəcək

"Ryanair" London Birjasında listinqini dayandıracaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın aparıcı aviaşirkəti London Birjasını tərk edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İrlandiyanın aşağı büdcəli aviaşirkəti "Ryanair" Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) ilə əlaqədar yaranan hüquqi çətinliklərə görə London Fond Birjasını tərk edəcək (delistinq - listinqdən çıxarılacaq və səhmlərin təklifini dayandıracaq).

Marja xəbər verir ki, bu barədə cümə günü daşıyıcının yaydığı məlumatda bildirilir.

“Ryanair Londonda kütləvi təklifini dayandırmaq qərarına gəlib. London Fond Birjasında səhmlərimizin ticarət həcmi xərclərini ödəmir", -məlumatda deyilir.

"Bu, Brexit-in qaçılmaz nəticəsidir" - "Ryanair"in baş direktoru Maykl O'Liri bildirib.

"Financial Times"a görə, 17 dekabr İrlandiya daşıyıcısının səhmlərinin London birjasında alqı-satqısının son günü olmalıdır.

"Ryanair" Avropanın aparıcı aviaşirkətlərindən biridir. 2020-ci ildə onun sərnişin daşımalarının həcmi 51,7 milyon nəfər təşkil edib.  

delistinq listinq
19.11.2021 15:46

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar