İndiyədək Azərbaycana 850 milyon dollar investisiya yatırıb
İnkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək sahəsində ixtisaslaşan ən iri qlobal təşkilat olan Beynəlxalq Maliyyə Korporasiyası (International Finance Corporation – IFC, Dünya Bankı Qrupunun üzvü), səfərbər edilən resurslar daxil olmaqla, Azərbaycana indiyədək təxminən 850 milyon ABŞ dolları investisiya yatırıb.
Bu barədə Dünya Bankının press-relizində deyilir.
Qeyd edək ki, noyabrın 18-də Azərbaycan Hökuməti və Dünya Bankı Qrupu Azərbaycanda Ofislərin Qurulması və Fəaliyyətinə dair Saziş imzalayıblar. Saziş Azərbaycan adından maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Anna Byerde tərəfindən imzalanıb. Baş naziri Əli Əsədov və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da imzalanma mərasimində iştirak ediblər.
Mərasimdə danışan IFC-nin Avropa, Latın Amerikası və Karib regionu üzrə vitse-prezidentinin vəzifələrini icra edən Vebke Şleme bildirib ki, dinamik özəl sektor iqtisadi artım üçün çox vacibdir: "Bu Sazişin imzalanması ölkənin özəl sektorun lokomotiv olacağı iqtisadi şaxələndirmə istiqamətində tədbirləri həyata keçirdiyi vaxta təsadüf edir. IFC Azərbaycanda özəl sektorun təşviq olunması ilə davamlı iqtisadi artımın dəstəklənməsini davam etdirməkdə əzimlidir".
Xatırladaq ki, 2022-ci ildə həmçinin, Azərbaycanın Dünya Bankına üzvlüyünün 30-cu ili tamam olur. Bu dövr ərzində bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4,4 mlrd. dollar vəsait ayırmağı öz öhdəliyinə götürüb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























