“Azəristiliktəchizat”ın qaza görə borcu açıqlanıb
Bu günə “Azəristiliktəchizat” ASC-nin Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 34,3 milyon manat borcu var.
Bu barədə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Bununla belə, onun sözlərinə görə, qarşı tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manart olduğunu bildirir.
"Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur", - deyə o, qeyd edib.
E. Vəliyevin sözlərinə görə, İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb: “Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman “Azəristiliktəchizat” deyəcək ki, “Azəriqaz” bizə qaz vermir, ona görə də biz qazanxanalardan istifadə edib sizi istiliklə təmin edə bilmirik. Yəni məsələni qınaq obyekti olaraq “Azəriqaz”ın üstünə yönləndirəcəklər. Biz mavi yanacağı “Azərkontrakt” ASC-dən alırıq. Satdığımız qazın pulunu yığmalıyıq ki, onların da pulunu tam ödəyək və nəticədə növbəti il üçün də qaz ala bilək. Hər qurumun müəyyən qədər borcunun olması böyük bir məbləğ edir. Biz bu borcu yığıb qaytarmaqla mavi yanacağı vaxtında ala, daha davamlı və daha təhlükəsiz qaz təchizatını təmin edə bilərik. Digər tərəfdən “Azəriqaz”ın çox sayda işçisi, xidməti sahələri var. Bunların hamısının saxlanılması, avadanlıqların yenilənməsi, dəyişdirilməsi böyük vəsait tələb edir”.
“Yekun olaraq “Azəristiliktəchizat”la noyabrın 14-də danışıqda belə razılıq ldə olundu ki, ayın 15-də “Azəriqaz” qazanxanalara qaz verəcək. Amma bir şərtlə ki, bir həftə müddətinə sözügedən borc ödənilməlidir. Qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacağıq. Bütün bunların da məsuliyyəti qarşı tərəfin boynunda olacaq”, - deyə şöbə rəisi fikrini tamamlayıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)






.jpg)




