İsveçrə saatlarının ixracı pandemiyadan əvvəlki ilə nisbətən 4,8% artıb
Bu ilin oktyabr ayında İsveçrə saatlarının ixracı 2019-cu ilin analoji ayında qeydə alınan göstəriciyə nisbətən 4,8% artaraq 2,127 mlrd. İsveçrə frankına (2,294 mlrd. ABŞ dolları) çatıb. Sentyabrda ixracda 3,1%-lik artım, avqustda 0,4%, iyulda 7,6%, iyunda isə 12,5%-lik azalma qeydə alınıb.
Bu barədə İsveçrə Saat Sənayesi Federasiyasının açıqlamasında deyilir.
Ötən ilin oktyabr ayı ilə müqayisədə (pandemiya dövrü) saat ixracı 12,5%, sentyabrda – 16,6%, avqustda – 11,5%, iyulda – 29,1%, iyunda – 71%, mayda isə 2,7 dəfə artıb. Aprel ayında 2020-ci ilin aprel ayı ilə müqayisədə artım 5,5 dəfə, mart ayında isə 37,2% olub, bundan əvvəl saat ixracında 13 ay ardıcıl olaraq azalma qeydə alınmışdı.
Oktyabrda ixracın böyük hissəsini təşkil edən qol saatlarının tədarükü 2019-cu ilin oktyabr ayına nisbətən 5,1% artaraq 2,024 mlrd. frank (2,183 mlrd. dollar) təşkil edib.
İsveçrə saatlarının ABŞ-a ixracı 2019-cu ilin oktyabr ayına nisbətən 35,6% artaraq 309,1 mln. franka (333,3 mln. dollar), Çinə – 23% artaraq 268,8 mln. franka (290 mln. dollar), Yaponiyaya – 1,3% artaraq 147,9 mln. franka (159,4 mln. dollar), Sinqapura isə 11,6% artaraq 122,1 mln. franka (131,7 mln. dollar) çatıb. Bununla belə, Honkonqa ixracat 9,7% azalaraq 173 mln. franka (186,6 mln. dollar), Böyük Britaniyaya isə 2,3% azalaraq 100,9 mln. franka (108,7 mln. dollar) enib. Bu altı ölkə oktyabrda İsveçrə saatları bazarında 54,7% paya sahib olub. Ümumilikdə, sözügedən ölkələrə saat tədarükü ikiillik ifadədə 11,9% artıb.
Yanvar-oktyabr aylarında İsveçrə saatlarının ixracı 2019-cu ilin analoji dövrü ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 1,4% artaraq 16,822 mlrd. frank (18,141 mlrd. dollar) təşkil edib. İllik ifadədə artım 36,5% olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























