635 min dollar xaricdən qaytarılmayıb - ŞİRKƏT RƏHBƏRLİYİNƏ CİNAYƏT İŞİ AÇILIB
Şirkət rəhbərliyi bank hesablarına köçürülməli olan 635 min dolları xaricdən qaytarmayıb - RƏSMİ
"Ultra-LTD" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə bağlı daxil olan material üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci ilin mayın 8-dən dekabrın 20-dək olan müddət ərzində xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə aralarında bağlanılan alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilib və ölkəmizin müvəkkil edilən bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmayıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
33 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 36 d. əvvəl
-
37 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 38 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Azərbaycanda gediş haqqı məsafədən asılı olaraq ödəniləcək

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
