Türk lirəsinin "əriməsi" davam edir - REKORD YENİLƏDİ
Türk Lirəsi hər gün dəyərdən düşür. Lirə Dollar qarşısında 1,2% də ucuzlaşıb və Dollar/TL məzənnəsi 10.45 lirəyə yaxınlaşıb.
Yüksək inflyasiyaya baxmayaraq Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endiriminə davam edəcəyinə dair gözləntilər valyuta bazarlarında yüksək gərginliyə səbəb olur. ABŞ-da inflyasiyanın son 31 ilin ən yüksək səviyyəinə çatması ilə ABŞ Mərkəzi Bankının (FED) faizi artırmağa başlayacağı tarixi önə çəkə biləcəyinə dair qayğılar ilə də dollar qlobal miqyasda, o cümlədən Türk Lirəsi qarşısında da güclənir.
Marja xəbər verir ki, Dollar 10,4417 lirəni, Avro isə 11,8679 lirəni görərək rekord yeniləyib.
Bakı vaxtı ilə saat 07:34-də Dollar/TL məzənnəsi 1,2% artım ilə 10,4378 lirə olub.
TCMB-nin cümə axşamı günü keçirəcəyi iclasında ola biləcək bir faiz endirimini "pas keçməsi" vəziyyətində bazarlardakı yüksək təzyiqin bir miqdar azala biləcəyi ifadə edilir.
Almaniyanın qabaqcıl bankı Deutsche Bank, TCMB-nin 16% səviyyəsində olan pul siyasəti faizini 1 bənd endirərək 15%-ə salcağını gözləyir.
Türkiyə Mərkəzi Bankı (TCMB) Prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqi altında sentyabr və oktyabr aylarında 3 bənd faiz endirimi edərək lirəni bu il dollar qarşısında 25%-dən çox dəyərdən düşməsinə gətirib çıxardıb. 18 Noyabrda da Türkiyə Mərkəzi Bankının faizini 1 bənd azaldaraq 16%-dən 15%-ə salacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
