Rusiyadan 32 şirkətin rəhbəri Azərbaycana gəlir
17-18 Noyabr 2021-ci il tarixlərində nəqliyyat infrastrukturunun inkişafı sahəsində fəaliyyət göstərən Rusiya şirkətlərinin rəhbər şəxsləri Azərbaycanda səfərdə olacaqlar.
Marja xəbər verir ki, Rusiya İxrac Mərkəzi və Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək biznes-missiyada Rusiyadan 32 şirkətin rəhbərinin Azərbaycana gətirilməsi planlaşdırılır.
Biznes-missiyada “Rəqəmsal şəhər” nəqliyyatı, qəsəbələrin layihələndirilməsi və tikintisi, enerji və dayanıqlı inkişaf, dəmir yolu və dəmir yolu təchizatı sahəslərində Azərbaycan bazarına daxil olmaqda maraqlı olan şirkətlər iştirak edəcəklər.
Rusiya şirkətləri ilə Azərbaycandan olan potensial tərəfdaşlar arasında məqsədyönlü danışıqlar aparaılacaq.
Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətinin də Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının intensivləşdirilməsi məqsədilə ikitərəfli görüşlər və danışıqlar aparmaq üçün Azərbaycana səfəri planlaşdırılır.
Bu, Rusiya şirkətlərinin bu il Azərbaycana ikinci işgüzar missiyası olacaq. Birinci missiya iyul ayında Rusiya Sənaye və Ticarət Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Roseximbank" ASC-nin təşkilatçılığı ilə baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)





