ABŞ-da inflyasiya 31 ilin ən yüksək səviyyəsində
ABŞ-da Oktyabr ayına dair istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) açıqlanıb. Məlumata görə, illik inflyasiya 6,2% olmaqla 1990-cı ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. İqtisadçıların proqnozu illik inflyasiyanın 5,9% olaraq açıqlanacağı istiqamətində idi.
ABŞ-da istehlakçı qiymətləri indeksi Oktyabrda ötən ilin eyni ayı ilə müqayisədə 6,2% artıb. Beləliklə 1990-cı ildən bu yana ABŞ-ın istehlakçı qiymətləri indeksində ən sürətli illik artım qeydə alınıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu illik inflyasiyanın 5,9% olacağı istiqamətində idi.
Oktyabrda istehlakçı qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 0,9% artıb. Bu məlumata dair proqnoz 0,6% idi.
Baza inflyasiya olaraq qəbul edilən qida və enerji xaric istehlak qiymətləri indeksi Oktyabrda illik 4,6% artıb. Proqniz 4,3% idi.
Məlumatlar ölkədə inflyasiyanın müvəqqəti olub-olmadığı barədə müzakirələr baxımından yeni siqnallar təqdim edir. Fed-in son yığıncağındın qərar mətnində inflyasiyanın tamamilə müvəqqəti olmadığının düşünüldüyünə dair məlumatlar yer almışdı. Fed açıqlamasında, "İnflyasiya, böyük ölçüdə müvəqqəti olması gözlənilən faktorları əks etdirəcək şəkildə yüksəkdir" deyilmişdi.
Fed sədri Jerome Powell, "Yüksək bir inflyasiyaya sahibik və bunu məşğulluq bazarında olanlarla balanslaşdırmağımız lazımdır. Qarışıq bir vəziyyətdir. Faizləri artırmaq üçün doğru zaman olduğunu düşünmürük. Əmək bazarında (məşğulluqda) daha çox yaxşılaşma görmək istəyirik" - şəkilində bildirmişdi.
Powell, "Maksimum məşğulluğa çatmaq üçün hələ imkan var. İnflyasiya güclü məşğulluq bazarından qaynaqlanmır",- demişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
