"Gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib"
Azərbaycanın gömrük orqanları tərəfindən indiyədək 600 min elektron gömrük bəyannəməsi emal edilib.
Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, Azərbaycanda daxili istehsalın stimullaşdırılması üçün bəzi spesifik məhsullara xüsusi yanaşmaya keçilib: "Son 2 il 5 ay ərzində 600-dən artıq gömrük əməkdaşı məsuliyyətə cəlb edilib ki, bu da ümumi əməkdaşların 20%-dən çoxudur".
Komitə sədri sərhəd keçid məntəqələrində xüsusi dəhlizlər yaradılacağını deyib: "Artıq Dövlət Sərhəd Xidməti ilə bütün sərhəd keçid məntəqələrində olmuşuq. Turistlər üçün sərhəd keçid məntəqələrində xüsusi dəhlizlərin yaradılması nəzərdə tutulub".
A.Əliyev deyib ki, ötən ilə nisbətən yükdaşımaların həcmi artıb: "Ötən ilin ilk 4 ay 25 günü ilə müqayisədə 200 ton artıq yük daşınıb. İlk 4 ayda idxal 400 mln. ABŞ dolları civarında artıb. İlk 4 ayda ölkədən 150 min tondan artıq əlavə qeyri-neft sektoru malları ixrac edilib. Çəki üzrə meyvə-tərəvəz idxalı 15%, bitki yağları 5%, sement 92% azalıb. Ümumi idxal isə 16,53%-dir. Hazırda ixrac idxalı 1 270 mln. dollara yaxın üstələyir. Mütləq çəkidə meyvə-tərəvəz ixracı 61,7%, yağlar 2%, pambıq 6 dəfə, spirtli və spirtli içkilər 32%, çay 22% artıb".
Komitə sədri qeyd edib ki, yalnız ötən il ərzində yarım milyarda qədər gömrük qiymətləndirməsi artıb: "Yalnız ötən il ərzində protokolsuz yarım milyarda qədər gömrük qiymətləndirilməsi artıb. Artıq bir sıra ölkələrlə məlumatların əvcəlcədən mübadiləsi ilə bağlı razılaşmışıq".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 29 d. əvvəl
-
39 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 44 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)









.jpg)







