Kart hesablarından oğurluq edən “Arsenics” ləqəbli kibercinayətkar tutuldu
O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb.
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən bank kartlarından pul vəsaitlərinin oğurlanması və elektron məlumatların onlayn yolla ələ keçirilməsi barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında əməliyyatlar davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb. O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib.
Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb. Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə “Telegram” ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.
Saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər", - DİN-in məlumatında bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
47 d. əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
1 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
1 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
1 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
1 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
2 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
